Norveç və Danimarka Ukraynaya əlavə tanklar və döyüş sursatları verəcək


Norveç və Danimarka Ukraynaya sursat tədarük etdiyini açıqlayıb.


AFN.az bu barədə BILD nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Brüsseldə Ukrayna üzrə Təmas Qrupu adlanan 50-yə yaxın ölkə silah tədarükü məsələsini müzakirə edib. NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynaya yardımı artırmağa çağırıb. ABŞ-ın ardınca Norveç və Danimarka da Kiyevə əlavə dəstəyini açıqlayıb. Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, ölkələr Ukraynaya 9 min artilleriya sursatı ilə birgə tədarük etmək niyyətindədir. Ukrayna prezidenti Vladimir Zelenski hər iki ölkəyə təşəkkür edib və qeyd edib ki, hazırda döyüş meydanında təcili sursatı lazımdır.

Pentaqonun rəhbəri Lloyd Austin NATO-nun mənzil-qərargahında məsləhətləşmələrin əvvəlində deyib ki, Birləşmiş Ştatlar Ukraynanı "uzunmüddətli perspektivdə" dəstəkləyir.

Çərşənbə axşamı Birləşmiş Ştatlar zenit raketləri və artilleriya sursatları da daxil olmaqla, ümumi məbləği 325 milyon dollar olan əlavə hərbi yardım elan edib.

Nəşrin məlumatına görə, Danimarka və Hollandiya da Ukraynaya 14 Leopard 2 tankını təhvil verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu