BMT Ukraynada 10 500-dən çox dinc sakinin öldüyünü açıqlayıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Rusiya ilə müharibənin davam etdiyi Ukraynada 10 min 500-dən çox mülki şəxsin öldüyünü, 20 mindən çox insanın isə yaralandığını açıqlayıb.


BMT İnsan Haqları Şurasının 55-ci Sessiyası çərçivəsində "Ukraynada insan haqları" başlığı altında dərc olunan BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatı ilə bağlı interaktiv dialoq toplantısı keçirilib.

Yığıncaqda video mesajı yayılan Türk, Ukraynada hər gün yaşanan insan iztirabları ilə bağlı ürəkağrıdan hekayələr eşitdiklərini qeyd edərək, "Qorxuram ki, dünya bu böhrana uyuşdu" - deyə təəssüfünü gizlətməyib.

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsinin iki ili geridə qoyduğunu xatırladan Türk, bu prosesin böyük ağrı və itkilərlə keçdiyini bildirib.

Ukraynada 10 min 500-dən çox mülki vətəndaşın öldürüldüyünü, 20 mindən çoxunun isə yaralandığını bildirən Türk, real rəqəmlərin daha çox ola biləcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu