Roma Papası bir daha Qəzzada dərhal atəşkəs tələb edib


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzada dərhal atəşkəs tələb etdiyini deyib.


Çərşənbə günləri Vatikanın məşhur Müqəddəs Pyotr meydanında ənənəvi ümumi qəbul iclasları keçirən Papa Qəzzada baş verən son hadisələrlə bağlı qiymətləndirmələr edib.

Ədalət olmadan sülhün olmayacağını ifadə edən Papa deyib ki, Yaxın Şərqdən kədərli xəbərlər gəlməyə davam edir: "Qəzza zolağında dərhal atəşkəs üçün mütləq tələbimi bir daha bildirirəm. Humanitar yardım paylayan könüllülərin öldürülməsindən də dərin təəssüf hissi keçirirəm. Yorğun və əziyyət çəkən insanların humanitar yardıma ehtiyacı var. Həmçinin, çıxışı təmin etmək və girovları mümkün qədər tez azad etmək çağırışımı təkrar edirəm".

Qarşıdurmaların bölgəyə sirayət etmə riskinə diqqət çəkən Papa Fransisk bildirib ki, bölgədə qarşıdurmanı dərinləşdirəcək hər hansı davranışdan qaçmaq lazımdır. "Bir çox yerə ölüm və əzab gətirməyə davam edən bu və buna bənzər müharibələrin dərhal sona yetməsu üçün çalışaq və dua edək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu