Papa Fransisk: "Yaxın Şərqdəki hadisələri narahatlıq, ağrı və dua oxuyaraq izləyirəm"


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Yaxın Şərqdə baş verənləri narahatlıq, ağrı və dua oxuyaraq izlədiyini bildirib.


Vatikanda Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duası edən Papa, çıxışında Yaxın Şərqdəki proseslərlə bağlı qiymətləndirmələr etdi.

İranın dünən gecə Yaxın Şərqdə İsrailə qarşı hava hücumuna toxunan Papa, “Son bir neçə saat ərzində İranın hücumu səbəbindən İsraildə vəziyyətin pisləşdiyi xəbərini dua, narahatlıq və hətta ağrı ilə izləyirəm. Bu riskli zorakılıq spiralını gücləndirəcək bütün hərəkətləri ürəkdən dayandırmağa çağırıram" qeyd edib.

Papa Fransisk, "Heç kim digərinin varlığını təhdid etməməli, hamı sülh tərəfdarı olmalıdır. İsraillilərlə fələstinlilərin iki dövlət olaraq yan-yana təhlükəsiz yaşamalarına kömək edilməlidir" deyə vurğulayıb.

Qəzza üçün atəşkəs çağırışını təkrarlayan Papa, "Qəzzada bir an əvvəl atəşkəs olmalı və danışıqlara əməl edilməlidir. Humanitar fəlakətə sürüklənən insanlara kömək edilməli, qaçırılan girovlar dərhal sərbəst buraxılmalıdır" deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu