ABŞ-da ixtisarlar son 14 ayda ən yüksək səviyyəyə çatıb


ABŞ-da yerləşən işəgötürənlər tərəfindən ixtisarlar 2023-cü ilin yanvar ayından bu yana ən yüksək səviyyəyə çatıb.



Elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray & Christmas” məsləhət şirkəti mart ayı üçün hesabatını dərc edib.

Hesabata görə, ABŞ mərkəzli işəgötürənlər tərəfindən elan edilən ixtisarların sayı martda aylıq yüzdə 7 artımla 90 min 309-a çatıb. Fevralda 84 min 638 nəfərin işdən çıxarılacağı açıqlanmışdı.

Beləliklə ölkədə 2023-cü ilin yanvarından bəri ən yüksək ixtisar səviyyəsi martda qeydə alınıb.

Martda ən çox işdən çıxarılan sektor 36 min 44 nəfərlə dövlət sektoru olduğu halda, 2011-ci ilin sentyabr ayından bu yana ən yüksək aylıq işdən çıxarılma sayına bu sahədə qeyd olunub.

Bu ilin birinci rübündə ixtisarlar keçən ilin son rübünə nisbətən 120 faiz artaraq 2023-cü ilin yanvar-mart dövrü ilə müqayisədə 7 faiz azalaraq 257 min 254 nəfər olub.

Texnologiya sektorundakı işdən çıxarmalar illik bazda 59 faiz azalaraq 42 min 442-yə ilk rübdə düşsə də, ən çox işdən çıxarmaların açıqlandığı sektorlardan biri olub.

Birinci rübdə 66 min 302 nəfər “xərclərin azaldılması”, 48 min 352 nəfər “yenidənqurma” və 38 min 619 nəfər “müəssisə, bölmə və ya mağazanın bağlanması” səbəbindən ixtisar edilib.

Digər tərəfdən ABŞ işəgötürənlərinin ilk rübdə işə götürəcəyini açıqladığı adamların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalaraq 36 min 795 nəfərə geriləyib. Bu rəqəm 2016-cı ildən bəri elan edilən ən aşağı işə qəbul planı sayı kimi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu