Qəzzadakı evlərin təxminən 62 faizi dağılıb və ya zədələnib


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada evlərin təxminən 62 faizini zədələndiyini və ya dağıldığını bildirib.


İsrail 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya on minlərlə ton bomba atıb. UNRWA-nın X sosial media hesabında edilən paylaşımda “Davam edən müharibədə Qəzzada evlərin təxminən 62 faizini zədələyib və ya dağıdıb” - deyə bildirilir.

Yazıda İsrailin hücumlardan qaçan məcburi köçkün ailələrinin sığındığı BMT binaları da daxil olmaqla kritik infrastruktur obyektlərini də hədəfə aldığı qeyd edilib: "Əhalinin 75 faizindən çoxu, əksəriyyəti dəfələrlə məcburi köçkün olub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu