BMT Qəzzadakı obyektlərinə sığınan mülki insanları müdafiə etməyə çağırır


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi İsraili Qəzza zolağındakı obyektlərinə sığınan bütün mülki vətəndaşları müdafiə etməyə çağırıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) X sosial media hesabından edilən açıqlamada blokada altındakı Qəzza zolağında İsrailin boşaltmaq istədiyi bölgələri tərk edə bilməyən insanların olduğu bildirilib.

Qəzzadakı mülki şəxslərin müdafiəsini tələb edən bəyanatda, "UNRWA İsrail hakimiyyətini Qəzza zolağının şimalında və Qəzza şəhərində olanlar da daxil olmaqla, bölgədəki UNRWA obyektlərinə sığınan bütün mülki vətəndaşları qorumağa çağırır" - deyə qeyd edilib.

İsrailin təxliyyə qərarına toxunulan bəyanat vurğulanıb ki, Qəzza zolağının şimalından və Qəzza şəhərindən cənuba 1 milyondan çox insanın təxliyyə edilməsi əmrinə baxmayaraq, hamilə qadınlar, uşaqlar, qocalar və çoxlu sayda insan var: "Əlillər bölgəni tərk edə bilməzlər. Onların seçimləri yoxdur və hər zaman qorunmalıdırlar. Müharibə qaydaları var. Mülki insanlar, xəstəxanalar, məktəblər, klinikalar və BMT obyektləri hədəfə alına bilməz. Qəzzanın şimalındakı Qəzza və UNRWA sığınacaqları artıq təhlükəsiz deyil. Bu, görünməmiş bir vəziyyətdir. Bu müharibə istisna olmamalıdır. BMT binaları da daxil olmaqla, mülki əhalinin və mülki infrastrukturun qorunması bu münaqişəyə də aiddir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu