Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını söküb


Şimali Koreya son günlər gərginliyin artmasından sonra Cənubi Koreya sərhədindəki küçə işıqlarını söküb.



“The Korea Herald” qəzetinin məlumatına görə, Cənubi Koreya ordusu Şimali Koreyanın 2004-cü ildə qurulan və sonradan Koreyalararası barışıq prosesi çərçivəsində ləğv edilən Kesonq Sənaye Kompleksindən Kumqanqsan dağına qədər olan yollardakı küçə işıqlarını sökdüyünü müəyyən edib.

Cənubi Koreya ordusu qeyd edib ki, Şimali Koreya əsgərləri yanvar ayında tərəflər arasında gərginliyin artması səbəbindən bölgəyə mina döşəyiblər.

Sənaye kompleksindəki şirkətlərdə çalışan işçilərin istifadəsi üçün salınan yol 2016-cı ildə Şimali Koreyanın nüvə və raket sınaqları nəticəsində obyektlə birlikdə bağlanıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam, ölkələrinin sərhəddəki Kesonq şəhərindəki qapalı birgə sənaye müəssisəsindəki 30 fabrikin Şimali Koreya tərəfindən icazəsiz istifadə edildiyini iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu