Litva Rusiya ilə sərhədin təhlükəsizliyini “İspan atları” ilə gücləndirmək istəyir


Litvanın müdafiə naziri Laurinas Kaçiunas Rusiya ilə sərhədin təhlükəsizliyinin gücləndirilməsi təklifi ilə çıxış edib.


AFN.az bu barədə RBC-ya istinadən xəbər verir. “Dəmir-beton kirpiləri, “əjdaha dişlərini”, “İspan atlarını” düşünürük. Bunun üçün pul nəzərdə tutulub, sadəcə prosedurları sürətləndirmək lazımdır”, - deyə o, ölkənin daxili işlər naziri Agne Bilotaite ilə kompleks tədbirləri artıq razılaşdırdığını vurğulayıb. Lakin müdafiə naziri "İspan atları" termininin nə demək olduğunu dəqiqləşdirməyib.

Kaçiunas, həmçinin sərhədçiləri mümkün qədər tez daha ağır silahlarla təmin etməyə çağırıb.

Onun sözlərinə görə, ölkədə hərbi komendantlıqlar yaradılır. Onlarda vətəndaşlara hərbi təhlükə zamanı özünü necə aparacaqları öyrədiləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu