Litva ən böyük hərbi təlimlərinin başladığını elan etdi


Litvada “Perkuno gryausmas 2024” (“Perkūnas Thunder 2024”) ən böyük hərbi təlimi başlayıb.



Bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Bildirilib ki, hərbi və dövlət qurumları sülh dövründən müharibə dövrünə keçidi işləyəcəklər. Litva Silahlı Qüvvələrinin qeyd etdiyi kimi, böyük səfərbərlik təlimləri də keçiriləcək. Bununla bağlı on mindən çox hərbi qulluqçu xidmətə çağırış alıb.

Milli təlim mayın 10-dək davam edəcək. Bundan əlavə, Litva ordusu qeyd edib ki, təlimin məqsədi Litva Silahlı Qüvvələri və dövlət qurumlarının hərəkətlərini əlaqələndirməkdir.

Qeyd edək ki, aprelin 21-də Litvada Suvalski dəhlizinin müdafiəsi üçün Polşa ilə "Brave Griffin 24/II" birgə səhra təlimləri başlayıb. Xəbər verildiyi kimi, onlara ABŞ və Portuqaliyadan olan müttəfiqlər qatılıb. Bundan əlavə, təlim zamanı aviasiya elementindən də istifadə edilməsi planlaşdırılırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu