Dünyanın ən böyük kiber bandası ələ keçdi - Beynəlxalq şəbəkə




Milyonlarla dollar mənimsəyən beynəlxalq cinayətkar şəbəkə zərərsizləşdirilib.



Qaynarinfo xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi əməliyyat nəticəsində çox sayda insanı aldadıb 118 milyon dollar mənimsəyən şəbəkənin Nigeriyada 167, ABŞ-da 74, Türkiyədə 18, Qanada 15 üzvü olmaqla ümumilikdə 281 nəfər həbs edilib. Polis 3,7 milyon dollar ələ keçirib. "reWired" adlı gizli əməliyyat 4 ay davam edib.

Bildirilir ki, cinayətkarlar saxta email göndərməklə insanları aldadıb, bankların pul köçürmə sistemində nəzarəti təmin edərək böyük miqdarda pul mənimsəyib.

Qeyd edək ki, hakerlər bu metodla son 3 ildə insanlara 26 milyard dollar zərər verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu