Rusiyada koronavirusa yoluxmuş şəxs öldü




Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxmuş yaşlı qadın ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qadının ölümünə bir sıra xronik xəstəliklər səbəb olub.

Məlumata görə, 79 yaşlı qadın martın 13-də xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 965-ə çatıb. Bunların 85 769 nəfəri sağalıb, 8 980 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu