Koronavirus daha 3 bölgəni cənginə aldı




Fransa və Böyük Britaniyanın Karib dənizindəki bölgələrində və Keniyada koronavirusa ilk yoluxma halı aşkarlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fransaya aid Qvadelupa və Böyük Britaniyanın Kayman adalarında qeydə alınıb.

Hər iki ölkədə yoluxmuş şəxslər Karib dənizində koronavirusa görə saxlanılan gəminin sərnişinləri olublar.

Keniyada koronavirus daşıyıcısı isə ABŞ-dan London üzərindən qayıtmış qadın tələbədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 132 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 193-ə çatıb. Bunların 70 716 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu