Qazaxıstanda koronavirusa ilk yoluxma faktı qeydə alındı




MDB məkanına daxil olan daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, Qazaxıstanda iki nəfərdə virus aşkarlıb.

Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov martın 13-də keçirdiyi brifinqdə həmin şəxslərin Almaniyadan gəldiklərini açıqlayıb.

O həmçinin hər iki şəxsin təmasda olduğu insanların axtarışlarına başladıqlarını bildirib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 930-a çatıb. Bunların 70 405 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu