Pandemiya Afrikanın daha iki ölkəsinə keçdi




Afrikanın daha iki ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiya və Sudanda koronavirus aşkarlanıb.

Məlumata görə, hər iki ölkədə bir nəfərdə virus daşıyıcısı müəyyənləşib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 133 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 937-yə çatıb. Bunların 70 726 nəfəri sağalıb, 5 111 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu