İtaliyada gün ərzində koronavirusdan 600-dən çox insan ölüb




İtaliyada koronavirus qurbanların sayı sutka ərzində yeni rekord qırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib.

O, bildirib ki, ölkədə 627 nəfər COVİD-19 infeksiyasının qurbanı olub.

Dünən İtaliyada koronavirus qurbanların ümumi sayı 3,4 min nəfərə çatıb. Ölkə artıq Çini bu göstəriciyə görə qabaqlayıb.

“Bu gün biz 689 sağalma faktını qeydə almışıq, sağalanların ümumi sayı 5 129 nəfərə çatıb”, - Borelli brifinqdə bildirib.

Hazırda koronavirusa təxminən 38 min italiyalı yoluxub, sutka ərzində bu göstərici 4 670 nəfərə artıb. Martın 19-da virusa yoluxanların sayı 4,5 min nəfər artıb, bundan əvvəl sutka ərzində artım 3 min nəfər təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu