Ermənistanda COVİD-19-dan ölənlərin sayı 3039 nəfərə çatıb


Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 166 min 36 nəfərə çatıb.



APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində 173 nəfər yeni növ koronavirusa yoluxub.

Sutka ərzində koronavirusa yoluxanlardan 5 nəfər ölüb və bununla da Ermənistanda COVİD-19-dan ölənlərin sayı 3 min 39 nəfərə çatıb.

Sorn 24 saatda koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı isə 4 nəfər ölüb. Bununla da koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı 751 nəfərə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu