Pakistanda sel 11 nəfərin həyatına son qoydu

Pakistandakı Pəncab və Bəlucistan əyalətlərində təsirli olan güclü musson yağışlarının səbəb olduğu sellər nəticəsində ilkin məlumata görə 11 nəfər həyatını itirib.
Dawn qəzetinin xəbərinə görə, Pəncabın Lahor şəhəri və Bəlucistanın bəzi bölgələrində yağıntılar daşqınlara səbəb olub.
Musson yağışları səbəbilə kanalizasiya sisteminin yetərsiz qaldığı və bəzi yolların bağlandığı Lahorda minlərlə insanı təsir edən genişmiqyaslı elektrik kəsintisi yaşanıb.
Rəsmilər güclü yağışların evlərə və yollara ziyan vurduğunu bildirərək, Lahor və Bəlucistanın bəzi bölgələrində baş verən sel nəticəsində ilkin məlumatlara əsasən 11 nəfərin həlak olduğunu, çox sayda insanın isə yaralandığını qeyd ediblər.