ABŞ Ukraynaya bəzi silahların tədarükünü bərpa etdi


ABŞ rəsmiləri Vaşinqtonun Ukraynaya bəzi silahların tədarükünü yenidən başladığını bildiriblər.



Adlarının gizli saxlanması şərti ilə Associated Press (AP) agentliyinə danışan rəsmilər tədarükə dair bəzi detalları paylaşıblar.



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Ukraynaya yönəlik bəzi göndərişlərin dayandırılması barədə göstərişindən təxminən bir həftə sonra silah tədarükünün yenidən başladığını qeyd edən rəsmilər göndərilən hərbi ləvazimatlar arasında 155 millimetrlik sursatlar və raket sistemlərinin də olduğunu bildiriblər.



Silah tədarükünün dəqiq olaraq nə vaxt başladığı isə hələlik məlum deyil.



Ağ Evin sözçü müavini Anna Kelli Müdafiə Nazirliyinin Ukraynaya yönəlik bəzi silah tədarüklərini dayandırmaq qərarı ilə bağlı açıqlamasında Pentaqonun hərbi xarici yardımlarla bağlı bir araşdırma apardığını demişdi.



Bu çərçivədə Kelli keçmiş Prezident Co Bayden dövründə Ukraynaya göndərilməsi planlaşdırılan bəzi hərbi sursatların tədarükünün ABŞ-ın maraqlarını ön planda tutmaq məqsədilə dayandırıldığını vurğulamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu