ABŞ Ukraynaya silah tədarükünü bərpa edib

Birləşmiş Ştatlar fasilədən sonra Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə hökumətin iclasında təsdiqləyib.
"Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən bunu təsdiqləmişəm", - deyə o bildirib.
Tramp bu tədarüklərin nomenklaturasını dəqiqləşdirməyib.