Pentaqonun Ukrayna qərarı Avropanı və Konqresi təəccübləndirib - KİV


Pentaqonun bəzi silah növlərinin Ukraynaya tədarükünü dayandırmaq qərarı yüksək rütbəli respublikaçıları və bəzi Avropa rəsmilərini təəccübləndirib.



AFN.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.



Bildirilir ki, Pentaqon Dövlət Departamentinin bir sıra əsas rəsmilərinə və ya Konqresin bəzi üzvlərinə bu qərarla bağlı məlumat verməyib. Qeyd edildiyi kimi, dayandırma müdafiə nazirinin siyasət üzrə müavini Elbridge Colby və onun bir sıra şəriklərinin ABŞ-da anbarlarda praktiki olaraq silah qalmaması ilə bağlı narahatlıqları ilə əlaqədardır.



Adının çəkilməsini istəməyən başqa bir mənbə isə bu qərarın Dövlət Departamenti ilə razılaşdırılmadığını bildirib. Onun sözlərinə görə, müdafiə departamenti ABŞ-ın Ukraynadakı səfirliyi və ya ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla məsləhətləşməyib. Üstəlik, nə Volodimir Zelenski, nə də Aİ rəhbərliyi heç bir ilkin məlumat almayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu