Azərbaycan və Ermənistan liderlərinin BƏƏ görüşündə nə müzakirə edilib?


Bu gün Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin detalları açıqlanıb.



AFN.az Trend-ə istinadən xəbər verir ki, görüş konstruktiv atmosferdə keçib.



Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.



Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu