Turan Tovuz Abdulla Rzayevi heyətinə qatdı

“Turan Tovuz” növbəti transferini açıqlayıb.
AFN.az-ın xəbərinə görə, Tovuz təmsilçisi Abdulla Rzayevi heyətinə qatıb.
Müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi icarə əsasında “Turan Tovuz”un formasını geyinəcək.
Əvvəllər “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”da da çıxış etmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.