Bakıda 20 min valideyn bağça növbəsində gözləyir

Bakıda uşaq bağçalarına qəbul üçün 20 minə yaxın valideyn növbə gözləyir.
"Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir təəssüflə bildirib ki, burada tələb təklifi üstələyir:
"Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur".
O, həmçinin əlavə edib ki, son altı ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.