Emin Əmrullayev: Rus bölmələrinin bağlanması gündəmdə deyil

“Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib.
“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”, - deyə, nazir əlavə edib.