Sertifikasiya imtahanında 51-dən çox bal toplayan müəllimlərə yeni vəzifə verilə bilər


“Gələcəkdə yüksək bal toplayan müəllimlər metodist ola bilərlər”.


Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: “Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər”

E.Əmrullayev vurğulayıb ki, lakin bu hələ gələcəyin işidir: “Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu