Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb


ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunda Haaqada keçirilən NATO sammitində təqdim etdiyi silah tələblərinin bəzilərini təsdiqləyib.



AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.



Qəzetin Ağ Evdəki mənbələrinə görə, Ukrayna konkret silahlar istəyib və Tramp bu tələblərin bir qismini müsbət cavablandırıb. Lakin konkret hansı silahların tədarükünə razılıq verildiyi açıqlanmayıb.



Məlumata əsasən, iyunda ABŞ Müdafiə naziri Pit Hegsetin imzaladığı sənəddən sonra Pentaqon Ukraynaya silah tədarükünü yenidən yoxlamağa başlayıb. Rəsmi olaraq yardım dayandırılmasa da, bəzi növ sursatların tədarükü "komanda zəncirindəki rəhbərlərin" qərarı ilə müvəqqəti təxirə salınıb.



Qəzet qeyd edir ki, Ukraynaya silah yardımları əsasən keçmiş prezident Co Baydenin dövründə təsdiqlənmiş paketlərə əsaslanır və bu ehtiyatların əksəriyyəti 2025-ci ilin yayına qədər tükənə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu