NASA-da 2000-dən çox əməkdaş işdən ayrılır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının federal işçi qüvvəsini azaltmağa yönəlmiş planları çərçivəsində ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 2145 yüksək vəzifəli əməkdaşının işdən ayrılmağa hazırlaşdığı iddia edilib.
Amerikanın Politico jurnalının əldə etdiyi sənədlərə əsasən, NASA-da çalışan 2 mindən çox yüksək vəzifəli şəxs yaxın vaxtlarda vəzifəsini tərk edəcək.
Sənədlərdə qeyd olunur ki, bu şəxslərin böyük əksəriyyəti Tramp administrasiyası tərəfindən təklif edilən erkən təqaüd, müavinətlə könüllü ayrılma və ya təxirə salınmış istefa planı çərçivəsində NASA-dan ayrılacaq.
İşdən ayrılanların böyük hissəsinin NASA-nın elmi araşdırmalar sahəsində çalışan mütəxəssislər olduğu vurğulanır.
Bundan əlavə, bu kütləvi istefalar nəticəsində qurumda əməkdaş sayının azalması səbəbilə Mars və Ay proqramlarına yönəlik aparılan işlərin mənfi təsirlənə biləcəyi ehtimal edilir.