"Starliner"in Yerə qayıdış dördüncü dəfə təxirə salındı


Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtını daşıyan "Boeing"in "Starliner" şatlının Yerə qayıtması dördüncü dəfə təxirə salınıb.



"Space.com" saytının xəbərinə görə, iyunun əvvəlində ISS-ə çatan Starliner ekipajından Buç Vilmor və Suni Villiams iyulun 2-dək stansiyada qalmağa davam edəcəklər.

NASA səlahiyyətliləri stansiyada 24 iyun və 2 iyulda keçirilməsi planlaşdırılan iki kosmos gəzintisindən sonra gəminin geri dönüş tarixini qiymətləndirəcəklərini açıqlayıb.

Beləliklə, “Starliner” şatlının və NASA-nın iki astronavtının Yerə qayıtması dördüncü dəfə təxirə salınıb.

NASA-nın Kommersiya Ekipajı Proqramının meneceri Stiv Stiç təxirə salınmaların heç bir problem yaratmadığını və "Starliner"in ISS ilə dokda olarkən orbitdə yaxşı performans göstərdiyini söyləyib.

İki təxirə salınmadan sonra "Boeing" iyunun 5-də ilk dəfə olaraq iki NASA astronavtını daşıyan "Starliner" şatlını kosmosa göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu