"Boeing"in "Starliner" kosmik gəmisi ilk dəfə kosmosa çıxdı


"Boeing" Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtını daşıyan "Starliner" kosmik gəmisini ilk dəfə kosmosa göndərib.

Göyərtəsində iki NASA astronavtı olan "Starliner" yerli vaxtla saat 10.52-də Florida ştatındakı Keyp Kanaveraldan kosmosa buraxılıb. Bunula da "Starliner"in ilk ekipaj uçuşu başlayıb.

NASA astronavtları Buç Vilmor və Suni Vilyams "Starliner" şatlında Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir həftə qalmağı planlaşdırırlar.

Bildirilir ki, uçuş uğurlu olarsa, NASA "Starliner"ə BKS-ə müntəzəm səfərlər etməyə icazə verə bilər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu