"Boeing" kosmos yarışında iştirak üçün vaxtını gözləyir


ABŞ-ın aerokosmik şirkəti "Boeing" kosmos yarışına qatılmağa hazırlaşır. Şirkət "Starliner" servisi ilə astronavtlarla kosmosa ilk uçuş cəhdi üçün vaxtını gözləyir.



"Boeing" "SpaceX" ilə birlikdə ekipajı beynəlxalq kosmik stansiyaya apara bilən ikinci özəl şirkət olmağa hazırlaşır.

İlon Maskın şirkəti buna ilk dəfə 2020-ci ildə "Dragon" kapsulu ilə nail olub.

"Boeing" şirkəti son illərdə bu tarixi uçuş üçün bir neçə dəfə cəhd etsə də, müxtəlif səbəblərdən uğur qazana bilməyib.

Mayın əvvəlində ilk cəhd ləğv edildikdən sonra şənbə günü uçuşa 4 dəqiqə qalmış texniki nasazlıq səbəbindən kosmik səyahət yenidən təxirə salınıb.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu