"Boeing"in "Starliner" kosmik gəmisində 3 helium sızması aşkar edilib
"Boeing"in kosmosa göndərilən "Starliner" kosmik gəmisində 3 helium sızması aşkar edilib.
Bu barədə Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) X sosial media platformasında açıqlama verib. Bildirilib ki, qruplar kosmik gəmidə üç helium sızması aşkar ediblər.
Sızmalardan birinin uçuşdan əvvəl, digərlərinin isə uçuş zamanı ortaya çıxdığı qeyd edilib. Təsirə məruz qalan helium klapanlarından ikisinin bağlandığı və kosmik gəminin stabil vəziyyətdə olduğu bildirilib.
"Boeing"in sözçüsü Jim May bildirib ki, sızıntılar astronavtlar üçün risk yaratmır.
İki təxirə salınmadan sonra "Boeing" dünən ilk dəfə kosmosa iki NASA astronavtını daşıyan "Starliner" kosmik gəmisini göndərib.