Husilər Ben Qurion hava limanına ballistik zərbə endirdiklərini açıqlayıblar


Yəməndə “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanına ballistik raketlə zərbə endiriblər.



AFN.az xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya məlumat verib.



O, husilərə məxsus "Al Masirah" telekanalında çıxışı zamanı bildirib ki, Yəmən raket qüvvələri işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanına “Zülfüqar” ballistik raketi ilə uğurlu əməliyyat keçirib.



Bundan əvvəl İsrail ordusu Yəməndən İsrailə atılmış bir raketin ələ keçirildiyini açıqlayıb. Sariyanın sözlərinə görə, hava hücumu siqnalları 300-dən çox İsrail şəhəri və yaşayış məntəqəsində səsləndirilib və bu, əhalinin sığınacaqlara yönəlməsinə səbəb olub. O həmçinin qeyd edib ki, hücum nəticəsində Ben Qurion hava limanının fəaliyyəti dayandırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu