Husilər Ben Qurion hava limanına PUA ilə hücum etdi

Husilər Ben Qurion hava limanına pilotsuz aparatlarla hücum edib
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Yəməndəki husilər İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına doğru iki pilotsuz uçan aparat göndəriblər.
Bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya məlumat verib. O, “Al Masirah” telekanalına açıqlamasında deyib:
“Pilotsuz sistemli qoşunlarımız iki PUA-dan istifadə edərək işğal altındakı Yaffa rayonunda (Tel-Əviv) yerləşən Ben Qurion hava limanına hücum həyata keçirib. Əməliyyat uğurla nəticələnib.”
İsrail ordusu isə insidenti təsdiqləyərək bildirib ki, “şərqdən” buraxılan pilotsuz uçuş aparatının qarşısı alınıb. Hadisə zamanı ölkənin bəzi bölgələrində hava həyəcan siqnalları verilib, sakinlərə təhlükə barədə xəbərdarlıq edilib.