Hindistanın bir ştatında təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı 85-ə çatdı

Hindistanın şimalında yerləşən Himaçal Pradeş ştatında güclü yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və bu fəlakətlərin yol açdığı yol qəzalarında həyatını itirənlərin sayı 85-ə yüksəlib.
Hindustan Times qəzetinin xəbərinə görə, ölkənin Himaçal Pradeş ştatında 20 iyun tarixindən bəri təsirli olan musson yağışları insan tələfatı və maddi itkilərlə nəticələnməyə davam edir.
Ştatın Fövqəladə Halların İdarə Olunması Mərkəzindən (SDMA) verilən açıqlamada bildirilir ki, şiddətli musson yağışları səbəbilə baş verən sel, torpaq sürüşməsi və leysanlar nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Açıqlamada həmçinin bu fəlakətlər nəticəsində baş verən yol qəzalarında həyatını itirənlərin sayının 31 olduğu qeyd olunub.
Ştat üzrə ümumilikdə 204 yolun avtomobil nəqliyyatı üçün bağlandığı bildirilərək, selə düşən şəxslərin axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Cənubi Asiyada iyun–sentyabr aylarında təsirli olan musson yağışları hər il, xüsusilə Hindistanda böyükmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.