Ermənistanda koronavirusdan ölənlərin sayı 2775 nəfərə çatıb


Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 114 yoluxma halı qeydə alınıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 7 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2775 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 157 948 nəfər təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu