Ermənistanda koronavirusdan ölənlərin sayı 3 835 nəfərə yüksəlib
Ermənistanda son sutkada koronavirusa 961 yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 207 103-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 835 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların sayı isə 186 200-ə çatıb. Hazırda 16 099 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib. Sonra bu qərar karantin rejimi ilə əvəzlənib. Karantin rejiminn müddəti isə 2021-ci il iyulun 11-dək uzadılıb.