Ermənistanda koronavirusdan ölənlərin sayı 4 300-ü ötüb
![](https://static.report.az/photo/0d8dd117-b1aa-3cde-b2af-f58a5b8e8935_850.jpg)
Ermənistanda son sutkada koronavirusa 230 yoluxma qeydə alınıb.
AFN xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 220 447-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 10 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 301-ə yüksəlib.
Koronavirusa yoluxan 207 464 nəfər sağalıb. Hazırda 7 267 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.