Putin və Tramp arasında görüş gözlənilmir – Rubio


Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında görüş hələlik planlaşdırılmayıb.



AFN.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskva ilə təmasları davam etdirmək niyyətindədir.



"Görüş hələ planlaşdırılmayıb. Biz Rusiya tərəfi ilə əlaqələri davam etdirəcəyik. Onlarla ünsiyyət üçün hər bir imkandan istifadə edəcəyik", – deyə Rubio əlavə edib.



Onun fikrincə, ABŞ və Rusiya münasibətləri qoruyub saxlamalıdır, çünki bu ölkələr "əhəmiyyətli ölkələrdir". Dövlət katibi vurğulayıb ki, dialoq və qarşılıqlı əməkdaşlıq davam etdiriləcək. "Vaşinqton Ukrayna üzrə nizamlanma prosesində irəliləyişə nail olmaq niyyətindədir" - deyə o əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu