Permdə atışma törədən tələbə əməliyyat olundu


Rusiyanın Perm Universitetində atışma törədən və saxlanılarkən yaralanan I kurs tələbəsi Timur Bekmansurov əməliyyat olunub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Bildirilir ki, hazırda o, reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Bekmansurov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərərkən qolundan, qarnından və sinəsindən güllə yarası alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu