Universitetə hücum edən 18 yaşlı tələbə imiş - VİDEO


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. İlkin məlumata görə, atışma nəticəsində 8 nəfər həlak olub, 6 nəfər yaralanıb.


İnsidentin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədildiyi güman edilir.

Bildirilir ki, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir.

Qeyd olunur ki, Timur Bekmansurov bu yaxınlarda sosial şəbəkələrdə hücum planı barədə ətraflı məlumat və silahı necə almasına dair paylaşım edib.

***

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.


AFN TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

***

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.


“Report” Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.


“Haber Global” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu