“İndi hamımız kameralı kaskalarla gəzək?” - məmura etiraz


“Kuryerin üzərinə maşın sürən, onu təhqir edən, əl qaldıran məmurun cəzalanmasına zərərçəkənin kaskasında kameranın olması səbəb oldu”.


Bunu REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

“Əslində isə normal ölkədə belə hərəkətlər ədalətli məhkəmə sisteminə görə olmalıdır.

Əsl dərd budur, ancaq ictimai qınaq yaradan, görüntüsü yayılan hadisələr zamanı hakimiyyət hüquqi müstəvidə hansısa addımlar atır – nə edək, indi hamımız kameralı kaskalarla gəzək ki, bu ölkədə ədalətli qərarların alınmasına nail olaq?!”, - o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu