Bakıda sahibi tapılmayan ərazi: Məhv olan yaşıllığa kim cavabdehdir? - VİDEO


Paytaxtın Sulutəpə dairəsi adlanan ərazidə yaşıllıq məhv olur.



Bir neçə il əvvəl bura şam ağaclarından ibarət yaşıllıq zonası olsa da, artıq həmin ərazidən əsər-əlamət qalmayıb. Ağacların yarısından çoxu quruyub və aşıb.

Sakinlər bildiriblər ki, ərazi Binəqədi Rayon İcra Hakimiyyətinin tabeliyindədir.

Qurum həmin yerin Abşeron rayonuna aid olduğunu bildirib. Abşeron RİH-dən isə əraziyə cavabdeh olmadıqları deyilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən cavab da fərqli olmayıb. Onlar da məsələyə münasibət bildirməkdən boyun qaçırıblar.

Daha ətraflı Baku TV-nin süjetində:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu