Netanyahu: "Müharibədəyik və qalib gələcəyik"


HƏMAS-ın blokada altındakı Qəzza zolağından başlatdığı “Əqsa tufanı” hücumu ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu “Bu, əməliyyat və ya qarşılıqlı hücum deyil, müharibədir” deyib.



Netanyahu HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı “Əqsa tufanı” hücumu ilə bağlı xalqa video müraciət yayımlayıb.

İsrail vətəndaşlarına xəbərdarlıq edən Netanyahu, "İsrail vətəndaşları, biz müharibə edirik. Bu bir əməliyyat və ya qarşılıqlı hücum deyil, müharibədir. Həmas səhər saatlarından etibarən İsrail vətəndaşlarına qarşı qanlı qəfil hücuma keçib"ifadələrini işlədib.

Netanyahu təhlükəsizlik birlikləri ilə görüşündən sonra mühasirədə olan Qəzza zolağı ətrafında Fələstin silahlı qruplarının sızdığı İsrail yaşayış məntəqələrinin "təmizlənməsi" əmrini verdiyini və əməliyyatın son saatlara qədər davam etdiyini bildirib.

İsrailin baş naziri qeyd edib ki, o, ehtiyatda olan əsgərləri çağırmaq və düşmənə qarşı görünməmiş güclə döyüşmək üçün göstərişlər verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu