Netanyahu: Qəzzada israilli əsirlər azad edilmədən atəşkəs olmayacaq


İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada israilli əsirlər azad edilmədən atəşkəsin mümkün olmayacağını bildirib.



Nazirlər Kabinetinin iclasından əvvəl Netanyahu İsrailin oktyabrın 7-də Qəzzaya hücumlarına başladıqdan sonra keçən 6 ay ilə bağlı qiymətləndirmələr edib.

Baş nazir Netanyahu bütün əsirlər geri qaytarılana, HƏMAS bütün Qəzza zolağında, o cümlədən Rəfahda məhv edilənə və Qəzza artıq İsrail üçün təhlükə yaratmayana qədər müharibəni davam etdirəcəkləri mesajını təkrarlayıb.

İsrailin deyil, HƏMAS-ın məhbus mübadiləsi razılaşmasını əngəllədiyini iddia edən Netanyahu Qəzzada israilli məhbuslar geri qaytarılmadan atəşkəsin mümkün olmayacağını beynəlxalq ictimaiyyətə çatdırdığını bildirib.

Netanyahu həmçinin qeyd edib ki, bütün dünya oktyabrın 7-dən sonra İsrailə qarşı hücumlar həyata keçirən Həmas, Hizbullah, Husilər kimi havadar qüvvələrin İraq və Suriyadakı milislərin arxasında İranın dayandığını görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu