Netanyahu: "Çətin müharibənin içindəyik"


İsrailin baş naziri Benyamin Netanyahu çətin bir müharibədə olduqlarını və bunun uzun müddət davam edəcəyini bildirib.



Netanyahu blokada altındakı Qəzza zolağında daha 9 İsrail əsgərinin öldürülməsindən sonra video bəyanat yayıb.

İsrailin baş naziri çıxışında Qəzzada çox mühüm qazanc əldə etdiklərini, eyni zamanda ağrılı itkilər də verdiklərini bildirib.

Qələbə əldə olunana qədər Qəzzada müharibəni davam etdirəcəklərini deyən Netanyahu, "Çətin bir müharibədəyik. Bu, uzun bir müharibə olacaq" ifadələrini işlədib.

İsrail ordusundan dünən verilən açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda 2 İsrail əsgərinin öldüyü açıqlanıb. Bu səhər verilən açıqlamada Qəzza zolağında daha 9 İsrail əsgərinin öldüyü bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu