İqbal Ağazadənin “qadına sayğı” dastanları... - Bu seçki onu qadınların da gözündən saldı(VİDEO)




Xətai 35 saylı üçüncü seçki dairəsində deputatlığa bir namizəd var. İllərdir Azərbaycan insanına, jurnalistlərinə, oxucularına qadınlarla bağlı pafos dolu açıqlamalar verir. Qadına təzyiq, boşanan qadınlar, öldürülən qadınlar... mövzusu düşdümü, dərhal səsinin ən gur yerinə salıb, bu barədə dəqiqələrlə bəlağətli nitqlər söyləyir.



Bəli, Ümid sədri İqbal Ağazadədən gedir söhbət. Youtube platformalarında bu mövzu ilə bağlı adını yazın, axtarış verin, qarşınıza ən azı yüzlərlə belə video çıxa bilər. Bu şəxs illərdir cəmiyyətə özünü qadın haqlarının müdafiəçisi, qadın təəssübkeşi, şeirli, sazlı-sözlü, musiqili şəkildə bunu zərif cinsin nümayəndələrinə sırımağa çalışan biridir. Hətta sadəlövh ev qadınları arasında onun bu pafoslu video çıxışlarını yayan, vatsapda “stori” hissəsində paylaşan, hətta və hətta buna görə evində həyat yoldaşını “gör İqbal Ağazadə qadınlara necə hörmət edir, onlara necə həssasdır” deyə dava salanlar da olub. Eşitmişik, xəbərimiz var.
Amma və lakin... Azərbaycan ictimaiyyəti son iki ayda İ.Ağazadənin bu “qadın təəssübkeşliyinin” də quru pafosdan ibarət olduğunu gördü. Nəinki gördü, şoka girərək izlədi baş verənləri. Təbii ki, bu partiya lideri qadınlara çox önəm verirmiş. Amma onlardan “ikiayaqlı bomba”, “söyüş makinası”, “təxribat ustası” kimi istifadə etmək üçün. Adam yaşlı-başlı, təqaüdçü qadınları, eləcə də orta yaşlı, amma aqressiv xatunları partiyasına cəlb edərək, onlardan dağıdıcı qüvvə kimi istifadə edib. Rəqibinin qapısına ağbirçəkləri desant, təxribatçı kimi göndərməklə onlara necə önəm verdiyini bir daha göstərib.
Bəli, İ.Ağazadə qadınlara “hörmət qoyur”. Amma rəqiblərini hörmətsiz etmək, son nəticədə isə özünü hörmətdən salmaq üçün....
Videonu diqqətlə izləyin... Şair demiş, aldanmayın, İqbal sözü əlbəttə yalandır....

[media=https://www.youtube.com/watch?v=sFG02I6UqyI&feature=youtu.be&fbclid=IwAR3L6hhNZCW57FoAe6OslVHbY5aoScmAse-6PgsPZAB8LryWBb19iq7jYag]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu