Bakıda çoxmərtəbəli binanın lifti qırıldı, 6 yaralı var - YENİLƏNİB


Lift qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində xəsarət alan şəxslər bunlardır:

1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı;

1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - Sol qol nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

***

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.


Hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu