Bakıda bir ailənin iki üzvü qəzada xəsarət aldı


Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.



AFN “Report”a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Metropolitenin 20 yanvar stansiyası yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Nəhmətov Oruc Nəhmət oğlu və onun həyat yoldaşı Nəhmətova Xumar Rəfiəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Müayinə zamanı O.Nəhmətova sol topuğun sınığı, X.Nəhətovaya isə sol mil sümüyünün yerdəyişən sınığı diaqnozları qoyub.

Hadisənin təfərrüatı araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu