Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döydü


Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.



AFN.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.



Həmin ərazidəki qaraj tipli evdə yaşayan, 1995-ci il təvəllüdlü Valeh Məmmədov (soyad şərtidir) iki dəfə "ailə həyatı qurub". Onun birinci həyat yoldaşından 4, ikinci nikahdankənar həyat yoldaşından isə 1 övladı dünyaya gəlib. O, hər iki həyat yoldaşı ilə həmin qarajda yaşayıb.



Valeh yaşadığı evin qarşısında ailə üzvləri ilə çay içərkən Emil adlı qonşu onlara yaxınlaşaraq telefonla çəkiliş etməyə başlayıb. Emil ailənin səs-küy salmasından şikayətlənib və bu barədə çəkiliş edib sosial şəbəkələrdə paylaşmaq istəyib.



Valeh onun bu hərəkətlərinə etiraz etsə də, Emil çəkilişi davam edib. Nəticədə aralarında mübahisə yaranıb və Valeh hər iki həyat yoldaşı ilə birləşib Emili döyüb. Onlar Emilin baş və bədən nahiyələrinə müxtəlif xəsarətlər yetiriblər.



Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.



Məhkəmənin hökmü ilə Valeh Məmmədova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu